...

Elman Rüstəmov: Mərkəzi Bankın vəzifəsi manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 Mart 2016 12:40 (UTC +04:00)
Azərbaycan bankları hərraclar vasitəsilə kifayət qədər həcmdə valyuta alırlar.
Elman Rüstəmov: Mərkəzi Bankın vəzifəsi manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub. İlk xəbər 12.40-da yayımlanıb.

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan bankları hərraclar vasitəsilə kifayət qədər həcmdə valyuta alırlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov bildirib: "Hazırda hərraclar keçiririk və gördüyünüz kimi bazarda digər paralel proseslər yoxdur. Bizim öz qrafikimiz var və onun üzrə hərraclar keçiririk. Vəzifəmiz valyuta ilə təmin etmək deyil, manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır".

O əlavə edib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsi artıq qəbul edilib və orada transfert proqramı nəzərdə tutlub: "Bu, bazarı valyuta ilə təmin etməkdə əsas kanaldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti