...

AHİK daha 61 tələbəyə təqaüd verdi

Cəmiyyət Materials 2 Mart 2016 15:10 (UTC +04:00)
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi və beynəlxalq tədbirlərdə qalib gəlmiş bir qrup tələbənin mükafatlandırılması mərasimi keçirilib.
AHİK daha 61 tələbəyə təqaüd verdi

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi və beynəlxalq tədbirlərdə qalib gəlmiş bir qrup tələbənin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tədbirin mahiyyəti barədə danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan gənclərinin inkişafı, onların elmə və gənc kadr kimi ixtisaslaşmağa maraqlarının artırılmasıdır: "Məqsəd gənclərin pis vərdişlərdən uzaq olması, elmə, biliyə yiyələnməsi, gənclərin təhsil alması üçün normal şəraitin yaradılmasıdır. Bu gün Azərbaycan Prezidenti də Azərbaycan gənclərinin inkişafı, intellektual səviyyəsinin artırılmasında maraqlıdır. Azərbaycan dövləti ölkədə gənclərin ictimai-siyasi həyatda fəal olması üçün lazımi tədbirlər görüb və bu istiqamətdə işlər gedir. Bir vaxtlar Azərbaycanda kadr çatışmazlığı var idi. Bir vaxtlar Azərbaycan neft müqavilələri bağlayanda bu sahədə işləmək üçün ölkəyə xarici işçilər gətirilirdi. Çünki həmin vaxtlarda ölkədə bu sahə üzrə kadrlar az idi. Amma indi Azərbaycanda kadrlar yetişdirilir. Gələcəkdə artıq Azərbaycana xarici işçi qüvvəsinin gətirilməsinə ehtiyac qalmayacaq".

AHİK sədri bildirib ki, Azərbaycanın 20 faizdən artıq torpaqları işğal altındadır və ölkə hələ də müharibə şəraitindədir. Belə bir şəraitdə ölkənin savadlı və gənc kadrlara daha çox ehtiyacı var.

Tədbirdə 20 ali məktəbdən olan 61 tələbəyə adlı təqaüd, 22 tələbəyə isə beynəlxalq tədbirdə qalib gəldikləri üçün mükafatlar verilib

S.Mühbalıyev deyib ki, təqaüd 1995-ci ildə təsis edilib və bu vaxta qədər 1907 tələbə bu təqaüdə layiq görülüb. Artıq həmin tələbələrin sayı 1968-ə çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti