...

Mehman Səlimovun məhkəməsi təxirə salındı

Cəmiyyət Materials 4 Mart 2016 11:13 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən, sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.
Mehman Səlimovun məhkəməsi təxirə salındı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən, sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.

Trend-in məlumatına görə, məhkəmə prosesinə M.Səlimovun vəkili gəlmədiyi üçün proses martın 11-ə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti