...

ABŞ nümayəndə heyəti: "Sanki Bakıya olimpiadaya gəlmişik"

Cəmiyyət Materials 4 Mart 2016 16:53 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kuboku elə təşkil edilib ki, sanki olimpiadaya gəlmişik.
ABŞ nümayəndə heyəti: "Sanki Bakıya olimpiadaya gəlmişik"

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku elə təşkil edilib ki, sanki olimpiadaya gəlmişik. Bunu Trend-ə ABŞ nümayəndə heyətinin üzvü, batut gimnastikası üzrə ölkə yığmasının proqram direktoru Corc Dryu deyib.

O bildirib: "Bu, milli komandamızın üzvləri üçün ikinci startdır. Bakı mərhələsi bizim üçün çox vacibdir, çünki məhz bu turnirlə olimpiadaya hazırlığa başlayırıq və proqramlarımızı yoxlaya, səhvlərimizi görə biləcəyik".

C.Dryu qeyd edib ki, Milli Gimnastika Arenasında olimpiada ab-havası hiss olunur: "Zala ilk dəfə daxil olanda sanki Olimpiya Oyunlarına gəldiyimi düşündüm. Hər şey fantastik səviyyədədir. Ən əsası, yerli sakinlərin qonaqpərvərliyini hiss edirik".

O, əlavə edib ki, amerikalı idmançıların Dünya Kubokunda əsas məqsədi finala çıxmaq və medallar uğrunda mübarizə aparmaq olacaq.

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti