...

Bakıda batut gimnastikası üzrə FIG Dünya Kubokunun ilk yarış günü start götürüb (FOTO)

Cəmiyyət Materials 5 Mart 2016 12:39 (UTC +04:00)
Bu gün martın 5-də Bakıdakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kubokunun ilk yarış günü start götürüb.
Bakıda batut gimnastikası üzrə FIG Dünya Kubokunun ilk yarış günü start götürüb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün martın 5-də Bakıdakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kubokunun ilk yarış günü start götürüb.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edəcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti