...

Portuqaliyanın müvəqqəti işlər vəkili: Bakıda gimnastikanın böyük fanatına çevrildim

Cəmiyyət Materials 5 Mart 2016 13:48 (UTC +04:00)
Bakıda olmaqla gimnastikanın böyük fanatına çevrildim.
Portuqaliyanın müvəqqəti işlər vəkili: Bakıda gimnastikanın böyük fanatına çevrildim

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda olmaqla gimnastikanın böyük fanatına çevrildim. Bunu Trend-ə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Lopes Kardoso deyib.

Onun sözlərinə görə, ötən il I Avropa Oyunları çərçivəsində gimnastika yarışlarını izləyib: "O zaman gimnastlarımızı dəstəkləməyə gəlmişdim. İndi onlar yenə də burada çıxış edirlər".

Müvəqqəti işlər vəkili qeyd edib ki, yarışlar ən yüksək səviyyədə təşkil edilib: "Bakıda çox yaxşı Milli Gimnastika Arenası var. Hər şey çox yaxşı təşkil edilib, yüksək təhlükəsizlik səviyyəsini hiss edirik".

Qeyd edək ki, martın 5-6-da Bakıda ilk dəfə olaraq Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti