...

Özbəkistan təmsilçisi: Azərbaycan idmançılar və azarkeşlər üçün unudulmaz idman bayramı təşkil edib

Cəmiyyət Materials 5 Mart 2016 15:52 (UTC +04:00)
Azərbaycan idmançılar və azarkeşlər üçün unudulmaz idman bayramı təşkil etməyi bacardı.
Özbəkistan təmsilçisi: Azərbaycan idmançılar və azarkeşlər üçün unudulmaz idman bayramı təşkil edib

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan idmançılar və azarkeşlər üçün unudulmaz idman bayramı təşkil etməyi bacarıb. Bunu Trend-ə batut gimnastikası üzrə Dünya Kuboku yarışlarında iştirak edən Özbəkistan gimnastı Yekaterina Xilko deyib.

O bildirib ki, arena çox gözəldir: "Burada təxminən 10 gün əvvəl toplanışda olmuşduq və demək istəyirəm ki, Azərbaycanın gördüyü təşkilati işlər olduqca valehedicidir".

Y.Xilkonun sözlərinə görə, bu, cari ildə ilk ciddi yarışdır və burada uğurla çıxış etmək istəyir: "Başlanğıc üçün pis çıxış etmədim. Finala çıxmaq lazımdır, sonrasına isə baxarıq. Bu il üçün planlar çoxdur - Olimpiya Oyunlarına seçim sınağı, Dünya Kubokunun bir neçə mərhələləri və təbii ki, ilin əsas startı olan olimpiada. Fikrimcə, il mənin üçün uğurlu olacaq".

Birinci qrup gimnastların çıxışından sonra özbəkistanlı gimnast 98,125 balla təsnifatda dördüncü yeri tutur.

Qeyd edək ki, martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti