...

Azərbaycan gimnastları: Sabah yalnız medal gözləyirik (FOTO)

Cəmiyyət Materials 5 Mart 2016 19:00 (UTC +04:00)
Sabah yalnız medal gözləyirik. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda sinxron çıxışlarda finala çıxmış Ruslan Ağamirov və Dmitri Fedorovski deyiblər.
Azərbaycan gimnastları: Sabah yalnız medal gözləyirik (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Sabah yalnız medal gözləyirik. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda sinxron çıxışlarda finala çıxmış Ruslan Ağamirov və Dmitri Fedorovski deyiblər.

Azərbaycanlı idmançılar bildiriblər: "Planlaşdırdığımız kimi olmadı, lakin biz finaldayıq və ən əsası da budur. İndi əsas məsələ istirahət edib, sabahkı günə hazırlaşmaqdır. Ola bildin ki, proqramı bir az mürəkkəbləşdirdik. Çox böyük sevinc hiss edirik, doğma divarlar arasında çıxış etmək çox məsuliyyətli idi, ona görə bir az həyəcanlanırdıq. Başa düşürdük ki, hər şey bizdən asılıdır, bütün ölkə bizə azarkeşlik edir. Lakin hər şey əla keçdi".

Qeyd edək ki, Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku martın 5-6-da keçirilir.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti