...

Rusiyalı gimnast Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanıb

Cəmiyyət Materials 6 Mart 2016 14:36 (UTC +04:00)
Rusiyalı gimnast Dmitri Uşakov Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanıb.
Rusiyalı gimnast Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanıb

Bakı. Trend:

Rusiyalı gimnast Dmitri Uşakov Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanıb.

Finalda onun göstəricisi 61,345 bal olub.

Belarus təmsilçisi Vladislav Qonçarov 59,700 balla ikinci, portuqaliyalı Dioqo Qançinyo isə 58,995 balla üçüncü olub.

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında keçirilir.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edir.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparır.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti