...

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku finallarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2016 15:46 (UTC +04:00)
Bu gün martın 6-da Bakıdakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun finallarında qadınlar və kişilər arasında fərdi və sinxron çıxışlarda qalib və mükafatçıların mükafatlandırılma mərasimi keçirilib.
Bakıda batut gimnastikası üzrə Dünya Kuboku finallarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün martın 6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun finallarında qadınlar və kişilər arasında fərdi və sinxron çıxışlarda qalib və mükafatçıların mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının Batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruş, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Beynəlxalq Gimnastika Federasiyasının Batut Gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Horst Kunze və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iştirak ediblər.

Həmçinin, Azərbaycan Gimnastika Federasiyasının ən yaxşı icraya və ən yüksək bala görə xüsusi olaraq təsis etdiyi "AGF Trophy" mükafatı təqdim edilib. Kişilər arasında bu mükafata polşalı gimnast Artur Zakrevski, qadınlar arasında isə rusiyalı təmsilçi Viktoriya Voronina layiq görülüb. Mükafatı Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva təqdim edib.

Batut gimnastikası üzrə FIG Dünya Kuboku 5-6 mart tarixində Bakıdakı Milli Gimnastika Arenasında keçirilib. Kubokda 17 ölkəni təmsil edən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron proqramlarda medallar uğrunda mübarizə aparıblar.

Yarışların ilk günündə təsnifat, ikinci günündə isə final yarışları və mükafatlandırma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti