...

Səfir: Bakının ab-havası belaruslu gimnastların yüksək nəticələr qazanmasına kömək etdi (FOTO)

Cəmiyyət Materials 6 Mart 2016 16:25 (UTC +04:00)
Gözəl Bakının ab-havası belaruslu gimnastların yüksək nəticələr qazanmasına kömək etdi.
Səfir: Bakının ab-havası belaruslu gimnastların yüksək nəticələr qazanmasına kömək etdi (FOTO)

Bakı. Trend:

Gözəl Bakının ab-havası belaruslu gimnastların yüksək nəticələr qazanmasına kömək etdi. Bunu Trend-ə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda ölkəsinin nümayəndə heyətinin üzvləri ilə görüşərkən deyib.

O qeyd edib ki, bu yaxınlarda Azərbayana səfir təyin edilib: "Cəmi yarım ildir Bakıdayam və bu idman qurğusunda və bu yarışlarda ilk dəfə oluram. Ən yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün möhtəşəm idman zalını, əla təşkilatçılığı və bu zalın personalının əla işini xüsusi vurğulayıram".

Səfirin sözlərinə görə, Belarus komandası xüsusilə onu sevindirb: "Komanda beş medal qazandı. Bakı həmişə Belarusa qarşı bütün münasibətlərdə çox dostcasına yanaşıb. Hesab edirəm ki, Bakının ab-havası belaruslu gimnastların yüksək nəticələr qazanmasına kömək etdi".

Batut gimnastikası üzrə FIG Dünya Kuboku 5-6 mart tarixində Bakıdakı Milli Gimnastika Arenasında keçirilib. Kubokda 17 ölkəni təmsil edən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron proqramlarda medallar uğrunda mübarizə aparıblar.

Yarışların ilk günündə təsnifat, ikinci günündə isə final yarışları və mükafatlandırma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti