...

"Odlu ürəklər" - Odlar Yurdu (FOTO)

Cəmiyyət Materials 7 Mart 2016 15:32 (UTC +04:00)
Bakıda gözəl və qədim bayram şərəfinə beynəlxalq rəqs və idman festivalı gözlənilir.
"Odlu ürəklər" - Odlar Yurdu (FOTO)

Bakı. Trend:

Bakıda gözəl və qədim bayram şərəfinə beynəlxalq rəqs və idman festivalı gözlənilir.

20 mart Azərbaycan Gənclər İttifaqı Rəqs Assosiasiyası ilə birlikdə Teatr Xadimləri İttifaqının Evində bu gözəl və sevimli bayramı qeyd etmək üçün bütün istəyənləri dəvət edir. Bayram odlar yurdu üçün simvolik adı ilə - "Odlu ürəklər" beynəlxalq festival formatında keçiriləcək.

Azərbaycanda demək olar ki, ilk dəfə şou formatında çirlidinq təqdim olunacaq. Əvvəllər Azərbaycanın bir çox çirlidinq kollektivlərinin rəhbərləri turnirlərə yetirmələrini qoyurdular. İndi isə biz bu idman növünün şou tamaşalarını ilk dəfə görəcəyik.

Çİrlİdinq-şou və tamaşa idman növlərinin elementlərini özündə birləşdirən idman növüdür (rəqslər, gimnastika və akrobatika). Tamaşada həm də rəqsin 3 istiqaməti təqdim olunacaq: Rəqs şou, folklor - stilizasiya, folklor etnika. İnstrumental ansamblların ölkəyə səfər edəcəkləri gözlənilir.

Beynəlxalq festival çərçivəsində Gürcüstan, Moldova, Rusiya, Ukrayna, Qazaxıstan və digər yaxın şərq ölkələrinin qonaqları gələcək. Qeydiyyat artıq başlayıb. Bütün iştirak etmək istəyən kollektivlər təşkilatçılara müraciət edə bilərlər.

Beynəlxalq festivalın keçirilməsinin məqsədlərindən biri: professional rəqqas və idmançılar kimi və başlayan gənc istedadlar arasında rəqs mədəniyyətinin hərtərəfli inkişafı və beynəlxalq təcrübə mübadiləsi. Həmçinin, ölkəmizin turizm və mədəni dəyərlərinin populyarlaşdırılması.

Rəqs Assosiasiyasının və Azərbaycan Çirlidinq İttifaqının Prezidenti Əzizov Əziz deyib: "Novruz Bayramı Azərbaycanda ən əsas və sevimli bayramlardan biri sayılır. Biz Azərbaycan rəqsləri və musiqisindən əlavə, həm də xalqımızı sevindirmək istəyirik. Həmçinin qonaqlara şəhərimizi və böyük bayramımızı göstərmək fikrimiz var. Qonaqların köməyi ilə Azərbaycan üçün yeni idman növünü göstərməyə çalışavağıq. Bu Novruz bayramıdır. İstəyimiz odur ki, hamı bu günlərdə bizim ənənələrimizlə tanış ola bilsin".

Azərbaycan Gənclər İttifaqı kollektivlərin, müəllimlərin və rəhbərlərin arasında təcrübə mübadiləsi təmin etməyi, onların arasında yaradıcı əlaqələrin qurulması üçün çalışır".

Azərbaycan Gənclər İttifaqı tərəfindən əsas təşkilatçılardan biri Dato Kipiani: "İştirakçıların sayı gündən-günə yox, hər saat artır. Xarici qonaqlar artıq qeydiyyatdan keçib və viza ilə məşğul olur. Azərbaycandan olan iştirakçılar yeni geyimlər və tamaşalar hazırlayırlar. Biz gürcülərlə, axırıncı iki müsabiqədən sonra hər gün danışıqlar aparırıq. Gürcüstan təmsilçiləri Azərbaycan övladlarının qonaqpərvərliyi ilə o qədər təəccübləndilər ki, buraya daha çox və daha tez-tez gəlmək istəyirlər".

Əlavə məlumatı siz təşkilatçıların saytlarında və sosial səhifələrində tapa bilərsiniz. Qeydiyyatdan keçmək üçün sizin kollektivin haqqında məlumat emaila: [email protected] göndərmək və ya
+ 99455 25 23 925 nömrəisinə müraciət etmək kifayətdir.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti