...

Bu il Azərbaycanda 120 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 9 Mart 2016 13:36 (UTC +04:00)
Bu ilin yanvar-fevral ayları ərzində əhali arasında 101 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Bu il Azərbaycanda 120 nəfər qidadan zəhərlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar-fevral ayları ərzində əhali arasında 101 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 120 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 10 botulizm hadisəsi nəticəsində 14 nəfər botulizmlə xəstələnib.

Bu il Azərbaycanda - Şabran rayonunda 1 nəfər ev şəraitində hazırlanan qida qəbulu nəticəsində baş verən qida zəhərlənməsindən dünyasını dəyişib.

Bu ilin fevral ayında Azərbaycanda əhali arasında 45 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Qida zəhərlənmələri nəticəsində 49 nəfər zərərçəkən qeydə alınıb. Fevralda ölkə üzrə qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 7 nəfər botulizmlə xəstələnib.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb. Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti