...

Hakimliyə namizədlərdən sənəd qəbulu apreldə başa çatacaq

Cəmiyyət Materials 16 Mart 2016 19:46 (UTC +04:00)
Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçimi prosesi davam edir.
Hakimliyə namizədlərdən sənəd qəbulu apreldə başa çatacaq

Bakı. Trend:

Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçimi prosesi davam edir.

Məhkəmə-Hüquq Şurasından Trend-ə verilən məlumata görə, Hakimlərin Seçki Komitəsinin iclasında şəffaf üsullarla keçirilən bu proses çərçivəsində namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə olunub, 3 ay davam edən sənəd qəbulu zamanı 400-dək hüquqşünasın namizədliyini irəli sürməsi bildirilib.

İclasda son vaxtlar sənəd verənlərin sayının azalması ilə əlaqədar sənəd qəbulunun aprel ayının 15-də başa çatdırılması qərara alınıb.

Həmçinin iclasda hakimliyə namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarının əhatə etdiyi sahələr barədə ətraflı məlumatın hazırlanaraq internetdə yerləşdirilməsi (www.jlc.gov.az), aprel ayından isə namizədlər üçün müvafiq hazırlıq kurslarının təşkili, kurslarda hüququn müxtiəlif sahələri üzrə təcrübəli mütəxəssislərin çıxışlarının nəzərdə tutulduğu bildirilib.

Hakim olmaq arzusunda olan hüquqşünaslara xatırladılır ki, sənədlərin, habelə qeyd edilən kursda iştirakla bağlı müraciətlərin qəbulu Hakimlərin Seçki Komitəsində saat 09:00-dan 18:00-dək keçirilir: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə. Əlavə məlumat almaq üçün www.jlc.gov.az saytına və ya aşağıdakı telefonlara müraciət etmək olar: (012) 510-22-97; (051) 510-22-97

Məqalədə:
Xəbər lenti

Xəbər lenti