...

Zoologiya İnstitutunun "bəxti açıldı"

Cəmiyyət Materials 17 Mart 2016 10:33 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu əsaslı təmir olunacaq.
Zoologiya İnstitutunun "bəxti açıldı"

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu əsaslı təmir olunacaq. Bu barədə Trend-ə institutun direktoru Elman Yusifov məlumat verib.

E.Yusifovun sözlərinə görə, 1970-ci illərdən sonra institutda təmir işləri aparılmayıb: "Buna görə də institutun vəziyyəti çox pisdir. Uzun müddət təmirsiz olan institutun təmiri üçün artıq maliyyə vəsaiti də ayrılıb".

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında Zoologiya İnstitutunun direktoru vəzifəsinə İnstitutun informasiya və innovasiya şöbəsinin müdiri Elman Yusifov təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti