...

FHN: İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir

Cəmiyyət Materials 18 Mart 2016 15:39 (UTC +04:00)
İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir.
FHN: İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir

Bakı. Trend:

İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir.

FHN-in məlumatında deyilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 və''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində "Neft Daşları"ndakı 501 nömrəli dəniz özüllərində 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti