...

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir

Cəmiyyət Materials 20 Mart 2016 10:51 (UTC +04:00)
Bu gün saat 10.00-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.
Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir

Bakı. Trend:

Bu gün saat 10.00-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, gün ərzində ziyarətçilərə, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələrinə hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək üçün şərait yaradılacaq.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti