...

Əkrəm Əylisli barəsində iltizam qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 7 Aprel 2016 15:17 (UTC +04:00)
Yazıçı Əkrəm Əylislinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Əkrəm Əylisli barəsində iltizam qətimkan tədbiri seçilib

Bakı. Samir Əli - Trend:

Yazıçı Əkrəm Əylislinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Bu barədə Trend-ə Ə.Əylislinin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlətinə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi yazıçının başqa yerə getməməsi barədə iltizam qətimkan tədbiri seçilib və hazırda istintaq aparılır.

Qeyd edək ki, Ə.Əylisli barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Yazıçı 30 mart 2016-cı il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurmaqda təqsirləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti