...

Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilidi

Cəmiyyət Materials 22 Aprel 2016 17:20 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən, sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilidi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən, sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə son söz deyən M.Səlimov ittihamlarla razılaşmadığını, özünü təqsirli bilmədiyini qeyd edib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirlən şəxs M.Səlimovun barəsində 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının çıxarılmasını istəmişdi.

Sabiq nazir müavini Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti