...

BMT forumunun iştirakçısı: Azərbaycan beynəlxalq diskussiyalar üçün ideal məkandır

Cəmiyyət Materials 26 Aprel 2016 14:11 (UTC +04:00)
Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu yerdir və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi üçün ideal seçimdir.
BMT forumunun iştirakçısı: Azərbaycan beynəlxalq diskussiyalar üçün ideal məkandır

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu yerdir və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi üçün ideal seçimdir. Bunu Trend-ə Böyük Britaniyanın Koventri Universitetinin professoru Mark Harbi deyib.

Professor qeyd edib ki, Azərbaycan beynəlxalq diskussiyalar, o cümlədən münaqişələrin həlli üzrə müzakirələr üçün ideal məkandır: "Mənim forumdan gözləntilərim çox yüksəkdir".

Onun sözlərinə görə, Bakı daim dəyişən və inkişaf edən gözəl şəhərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti