...

Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi (FOTO)

Cəmiyyət Materials 5 May 2016 14:46 (UTC +04:00)
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib.
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi (FOTO)

Bakı. Trend:

Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib.

Bu gün Xəzər rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər İnkişaf Fondunun birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olamsının 93-cü ildönümü ilə əlaqədar Xəzər rayon ictimayyətinin nümayyəndələri Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər.

Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov iştirak ediblər.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və böyük Oftomoloq alim Zərifə xanım Əliyevanın məzarları önünə çiçək dəstələri düzdülər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlarla tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti