...

Supermarketlər ƏDV-dən azad edilməyəcək

Cəmiyyət Materials 10 May 2016 11:06 (UTC +04:00)
Supermarketlərin ƏDV-dən azad edilməsi barədə heç söhbət belə ola bilməz.
Supermarketlər ƏDV-dən azad edilməyəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Supermarketlərin ƏDV-dən azad edilməsi barədə heç söhbət belə ola bilməz. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın Vergilər naziri Fazil Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi supermarketlərin ƏDV-dən azad edilmələri barədə xahişləri əsassızdır: "Marketlər nə üçün ƏDV-dən azad edilməlidir? İstehsal edilən kənd təsərrüfatı məhsullarının təxminən 98 faizi bazarlarda satılır və yalnız yerdə qalan hissə supermarketlərdə olur. Bu səbəbdən onların ƏDV-dən azad edilməsi barədə heç söhbət belə ola bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti