...

AAAF Park Yaşayış Kompleksində yeni "Yüklə Qazan" bonus kampaniyasına start verildi (FOTO)

Cəmiyyət Materials 16 May 2016 14:10
Mütəmadi kampaniyalarla sakin və qonaqları sevindirən AAAF Park hər kəsə kompleks daxilində fəaliyyət göstərən əyləncə mərkəzlərindəki attraksionlarda yüklədikcə bonus qazanmaq, qazandıqca isə daha çox əylənmək imkanı verir.
AAAF Park Yaşayış Kompleksində yeni "Yüklə Qazan" bonus kampaniyasına start verildi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mütəmadi kampaniyalarla sakin və qonaqları sevindirən AAAF Park hər kəsə kompleks daxilində fəaliyyət göstərən əyləncə mərkəzlərindəki attraksionlarda yüklədikcə bonus qazanmaq, qazandıqca isə daha çox əylənmək imkanı verir.

Kampaniyanın mahiyyəti budur ki, sakin karta yüklədiyiniz hər ödəniş üçün əlavə bonuslar qazanacaqsınız. Kampaniya müddətində kompleks daxilində keçərli olan kartlara hər 10 AZN daxil etdikdə 5 AZN bonus, 20 AZN daxil etdikdə isə 12 AZN bonus əldə edəcəksiniz.

Kampaniya AAAF Park sakinlərinə daha böyük imkanlar yaradır. Kompleks sakinlərinə adi vaxtlarda da sakin kartlar üçün 50% endirim var. Kampaniya müddətində onlar sakin kartlardakı 50% - lik endirimdən yararlanaraq bonus qazana bilərlər.

Qeyd edək ki, sakin kartlara məxsus olan 50% - lik güzəşt bonusa şamil edilmir. Kampaniya müddətində bonusların istifadəsinə heç bir məhdudiyyət tətbiq olunmur və yüklədiyiniz məbləğdən əvvəl bonuslar xərclənir.

Ümid edirik ki, hər kəsin qazancına qazanc qatacaq bu kampaniya uşaqdan böyüyə bütün attraksion həvəskarlarına həyəcanlı dəqiqələr yaşadacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti