...

Çimərliklərdə monitorinqlərə başlanılıb

Cəmiyyət Materials 17 May 2016 13:21 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədilə laboratoriya-tədqiqat üsullarının tətbiqi ilə tədqiqatlara başlayıb.
Çimərliklərdə monitorinqlərə başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədilə laboratoriya-tədqiqat üsullarının tətbiqi ilə tədqiqatlara başlayıb.

RGEM-in şöbə müdiri Ziyəddin Kazımov Trend-ə bildirib ki, tədqiqatların Bakıda, Sumqayıtda, eləcə də şimal və cənub regionunda aparılması planlaşdırılır.

Monitorinqlərin çimərlik mövsümünün sonunadək - sentyabr ayına kimi davam etməsi planlaşdırılır.

Qeyd edək ki, ötən illərdə aparılan tədqiqatların nəticələrinə görə, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi norma daxilində olub. Buna görə də həmin ərazilər yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlı hesab edilib. Lakin Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində mikrobioloji baxımdan çirklənmə qeydə alındığından həmin ərazilərdə çimmək qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti