...

Respublikanın 10 məktəbində keçirilən “Hüquq və Mən” layihəsi yekunlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 17 May 2016 14:45 (UTC +04:00)
Bu gün Azərbaycan Hüquq İslahatları Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Məhkəmə-Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq və Mən” layihəsi yekunlaşdırılıb.
Respublikanın 10 məktəbində keçirilən “Hüquq və Mən” layihəsi yekunlaşdırılıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Hüquq İslahatları Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Məhkəmə-Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən "Hüquq və Mən" layihəsi yekunlaşdırılıb.

Bu barədə Trend-ə Hüquq İslahatları Mərkəzindən məlumat verilib.

Layihə 186 saylı Pirallahı, 110 saylı Qaradağ-Ələt, 312 saylı Nizami, 156 saylı Şüvəlan, 118 saylı Hövsan, 75 saylı Zabrat, 113 saylı Kürdəxanı, Sumqayıt Təfəkkür Liseyi, Gəncə şəhər 4 və 16 saylı məktəbləri əhatə edib.

Peşəkar hüquqşünaslar tərəfindən və əsasən 10-11-ci sinif şagirdləri üçün keçirilən təcrübi-nəzəri təlimlər 5 həftə davam edib və sonuncu - 6-cı həftə isə onların məhkəmələrin fəaliyyəti tanış olmaları, həmçinin açıq məhkəmə iclaslarında iştirak etmələri məqsədilə Yasamal, Sabunçu məhkəmə kompleksləri, Gəncə şəhər Nizami Rayon Məhkəməsi və Sumqayıt Şəhər Məhkəməsinə ekskursiyaları təşkil edilib.

Layihə çərçivəsində, şagirdlər üçün təlimlərdə istifadə üçün illüstrativ formatda oxu kitabı və işçi dəftər təqdim olunub. Məxsusi olaraq vəsaitlər üçün illüstrasiyalar Almaniyanın Potsdam Universitetinin qrafika-dizayn fakültəsi tərəfindən hazırlanıb.

Qeyd olunduğu kimi bu günlərdə adları çəkilən məhkəmələrdə ekskursiyalar yekunlaşdırılıb. Məhkəmələrin sədrləri şəxsən şagidləri qəbul edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb, fərqlənin şagirdləri təşəkkürnamələr ilə təltif etmiş və əyani məhkəmə prosesləri ilə tanış olmaları məqsədilə onlara şərait yaradıb.

Yasamal Məhkəmə Kompleksində keçirilən ekskursiyada Azərbaycan Hüquq İsalahatları Mərkəzinin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov, GİZ regional layihəsinin rəhbəri Tomas Meyer və Azərbaycan üzrə rəhbəri Tomas Herman da iştirak ediblər. Görüşdə layihənin rəhbəri Anar Bağırov layihənin indiyə kimi buna oxşar tədbirlərdən öz unikallığı ilə seçilməsini, şagirdlərin hüquqi biliklərinin artmasında əhəmiyyətini vurğulayıb, habelə layihənin gələcəkdə davamlılığının təmin edilməsinin vacibliyini qeyd edib.

Eyni zamanda GİZ regional layihəsinin rəhbəri Tomas Meyer layihədən məmnunluğunu ifadə edərək təmsil etdiyi təşkilatın növbəti tədris ilində layihənin davam etdirilməsi niyyətində olduğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti