...

DİN: Dələduzluq edən əcnəbi dəstə üzvləri zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 18 May 2016 12:14 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən insanların dələduzluq yolu ilə aldadılmasınının qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN: Dələduzluq edən əcnəbi dəstə üzvləri zərərsizləşdirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən insanların dələduzluq yolu ilə aldadılmasınının qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanmadığı şəxslərin onun etimadını qazanaraq 50000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100.000 ABŞ dolları edəcəkləri adı altında aldararaq dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.

Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları - Alphonse Touani, Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetandan ibarət dəstə zərərsizləşdirilib.

Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı "Formula 1" idman yarışları ərəfəsində Bakı şəhərinə çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.

Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti