...

Hava xəbərdarlığı: Temperaturun yenə enəcəyi gözlənilir

Cəmiyyət Materials 18 May 2016 13:18 (UTC +04:00)
Hava şəraitinin ölkə ərazisində dəyişəcəyi proqnozlaşdırlıb.
Hava xəbərdarlığı: Temperaturun yenə enəcəyi gözlənilir

Bakı. Trend:

Hava şəraitinin ölkə ərazisində dəyişəcəyi proqnozlaşdırlıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 19-u günün ikinci yarısından 21-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun mayın 20-də 4-7 dərəcə aşağı enəcəyi gözlənilir.

Mayın 18-i axşam şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu mayın 20-də 5-8 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti