...

Bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan yığmasının heyəti müəyyənləşib

Cəmiyyət Materials 19 May 2016 14:57 (UTC +04:00)
yunun 17-19-da İsrailin Holon şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan yığmasının heyəti müəyyənləşib.
Bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan yığmasının heyəti müəyyənləşib

Bakı. Maksim Tsurkov - Trend:

İyunun 17-19-da İsrailin Holon şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan yığmasının heyəti müəyyənləşib. Bunu Trend-ə yığmanın baş məşqçisi Mariana Vasileva deyib.

Onun sözlərinə görə, Avropada 20 ən güclü idmançının iştirak edəcəyi fərdi proqramda iki kvotamız var: "Burada Azərbaycanı Marina Durunda və Jalı Piriyeva təmsil edəcəklər. Onlar başa çatmış Azərbaycan çempionatında ilk iki yeri tutublar. Yuniorlar arasında komandanı Zöhrə Ağamirova, Veronika Qudis, İlahə Məmmədova, Darya Sorokina təmsil edəcəklər və ehtiyatda isə Daya Farşbafşəhriyari var. Bundan başqa, Avropa çempionatında yuniorlardan ibarət qrup komandası iştirak edəcək. Komandanın tərkibində Ayşən Bayramova, Zeynəb Çeleb, Siyana Vasileva, Diana Doman və Aleksandra Platonova var".

Onun sözlərinə görə, çempionatda əsas vəzifə yaxşı çıxış etməkdir: "Avropa çempionatında necə olacağını proqnozlaşdıra bilmərəm. Bu idmandır. Yalnız istəyirəm ki, hər şey düzgün olsun, çünki gimnastlarımıza qarşı hakimlərin münasibəti birmənalı deyil".

Olimpiya oyunlarına gəlincə, M.Vasileva qeyd edib ki, oyunlarda ölkənin təmsil edilməsi Marina Durundanın hazırlığından asılıdır: "Marinda Durunda yaxşı formada olsa, fikrimcə, bu belə də olacaq, çünki Olimpiadaya hələ çox vaxt var, o, ölkəni təmsil edəcək. Ehtiyatımızda isə Jalə Piriyeva var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti