...

Gənclər və idman naziri Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 20 May 2016 12:20 (UTC +04:00)
Bu gün Gənclər və idman naziri Azad Rəhimov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.
Gənclər və idman naziri Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Bu gün Gənclər və idman naziri Azad Rəhimov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhərlərindən ümumilikdə 30-dan artıq sakin iştirak edib.

Müraciətlər gənclər, idman sahələri və tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminat, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və şəxsi məsələləri əhatə edib.

Gənclər sahəsi üzrə edilən müraciətlər sırasında Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması və s idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti