...

Binəqədi rayonunun balaca sakinləri hərəyə bir bayraq verdilər (FOTO)

Cəmiyyət Materials 25 May 2016 15:38 (UTC +04:00)
Mayın 24-də Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə Binəqədi rayonunun balaca sakinləri “Hərəyə bir bayraq verək” aksiyası keçiriblər.
Binəqədi rayonunun balaca sakinləri hərəyə bir bayraq verdilər (FOTO)

Bakı. Trend:

Mayın 24-də Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə Binəqədi rayonunun balaca sakinləri "Hərəyə bir bayraq verək" aksiyası keçiriblər.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, "Hərəyə bir bayraq verək" aksiyası rayonun 272 saylı körpələr evi - uşaq bağçasının balaca fidanlarının iştirakı ilə baş tutub.

Balaca fidanlar hərbi formada Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidi, Zərifə Əliyeva adına park, Zərifə Əliyeva adına Oftomalogiya Mərkəzi, A.Məmmədov parkı, 6-cı mikrorayon boyunca əraziləri gəzərək əllərindəki üçrəngli bayraqları veteranlara, qocalara, təqaüddə olan ağsaqqallara, məktəblilərə, polis işçilərinə, səhiyyə sahəsində çalışan işçilərə, müharibə, Qarabağ əlillərinə, milli qəhrəmanların ailə üzvlərinə, ərazidə Azadlıq prospekti boyunca yol təmirində çalışan fəhlələrə, avtobus dayanacaqlarında duran sürücülərə, fiziki məhdud olan insanlara və öz həmyaşıdlarına paylayıblar.

Bütün sakinlər tərəfindən maraqla qarşılanan "Hərəyə bir bayraq verək" aksiyası hamıda sevinc hissi yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti