...

2016-cı il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı Bakıda keçiriləcək (VİDEO)

Cəmiyyət Materials 31 May 2016 13:57 (UTC +04:00)
Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək.
2016-cı il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı Bakıda keçiriləcək (VİDEO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 22 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü, 34 gimnast və 11 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycan idmançılarına gəldikdə isə, yarışlarda İlk Avropa Oyunlarının gümüş medalçısı, Avropa Çempionatının bürünc mükafatçısı, qarşıdan gələn Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda, eləcə də böyük gimnastlar sırasına yenicə qədəm qoymuş, Avropa Çempionatının gənclər arasında gümüş medalının sahibi Jalə Piriyeva iştirak edəcəklər. Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep Azərbaycanı qrup hərəkətləri komandalarının yarışlarında təmsil edəcəklər.

Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

Biletləri Milli Gimnastika Arenasının (MGA) kassası, eləcə də "Bazarstore" supermarketlər şəbəkəsindən (Xətai, "28 Mall") əldə etmək olar. Biletlərin qiyməti 5-20 manat təşkil edir. Biletlər yarışların hər 3 gününə alındıqda, endirimlər təklif olunur. Tələbələr də xüsusi endirimdən yararlana bilərlər.

Daha ətraflı məlumatı telefon vasitəsilə (+994 12/51 566-96-99), həmçinin AGF-nin rəsmi internet saytından (www.agf.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti