...

Agentlik sədri: 10 milyon insan "ASAN xidmət"in imkanlarından istifadə edib

Cəmiyyət Materials 2 İyun 2016 12:29 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, qabaqcıl idarəçilik və sabitlik” üzrə birinci platformasının “Dövlət islahatları paneli”nin X iclası keçirilir.
Agentlik sədri: 10 milyon insan "ASAN xidmət"in imkanlarından istifadə edib

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının "Demokratiya, qabaqcıl idarəçilik və sabitlik" üzrə birinci platformasının "Dövlət islahatları paneli"nin X iclası keçirilir.

Trend-in məlumatına görə, tədbirdə panelin fəaliyyət istiqamətləri üzrə Şərq Tərəfdaşlığı ölkələrində görülmüş tədbirlərin nəzərdən keçirilməsi, dövlət idarəetməsi, dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət və məlumatların mühafizəsi, dövlət qulluğu, yerli və regional idarəçilik kimi məsələlər müzakirə edilir.

Tədbidə çıxış edən Azərbaycan Respiblikasnın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət"in fəaliyyəti haqqında ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan hökuməti bir müddət əvvəl islahatlar kampaniyasına başladı: ""ASAN xidmət"in yaradılması da bu məqsədlərə çatmaq istiqamətində atılmış mühüm addımdır. Hazırda 10 milyon insan bu xidmətin imkanlarından istifadə edib. "ASAN" 10 dövlət orqanını əhatə edir".

İ.Kərimov "ASAN xidmət"ın vətəndaşlara təqdim etdiyi müxtəlif xidmətlər barədə də məlumat verib.

Tədbirdə qeyd edilib ki, Bakıda keçirilən X iclas böyük əhəmiyyət kəsb edir: "Bu tədbir gələcək işlərin planlaşdırlması üçün yaxşı fürsətdir. Tədbirdə müzakirə olunacaq bütün mövzular Şərq Tərəfdaşlığı proqramı üçün çox önəmlidir. İclas çərçivəsində "Dövlət idarəetməsi sahəsində islahatlar və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi" mövzusunda keçiriləcək sessiyada "ASAN xidmət"in fəaliyyətinə dair təqdimatın edilməsi və tədbir işriakçılarının "ASAN xidmət" mərkəzlərinə səfərinin təşkil edilməsi nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti