...

Hakimliyə namizədlər üçün test imtahanı keçirilib

Cəmiyyət Materials 9 İyun 2016 19:19 (UTC +04:00)
İyunun 9-da bütün hakimliyə namizədlər üçün vahid zalda – “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzində test imtahanı keçirilib.
Hakimliyə namizədlər üçün test imtahanı keçirilib

Bakı. Trend:

İyunun 9-da bütün hakimliyə namizədlər üçün vahid zalda - "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində test imtahanı keçirilib.

Hakimlərin Seçki Komitəsindən Trend-ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən imtahanın hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılması bilavasitə imtahan keçirilən zalda, namizədlərin, habelə 30-dan çox beynəlxalq təşkilat və yerli QHT təmsilçiləri, televiziya və mətbuat nümayəndələri qarşısında həyata keçirilib.

Komitə tərəfindən hazırlanmış 1300 test sualları bankından təsadüfi yolla - lototron vasitəsilə 10 variantda sual topluları seçilib. Sonra hakimliyə namizədlər bu sual toplularından birini seçib və o yerindəcə çoxaldılaraq cavablandırılması üçün namizədlərə paylanılıb.

Dörd saat davam edən imtahanın nəticələri xüsusi dəqiq avadanlıqla, imtahan başa çatan kimi dərhal yoxlanılaraq yerindəcə elan olunmuş, Məhkəmə-Hüquq Şurasının və Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.

İmtahan Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə "on-line" rejimində birbaşa yayımlanıb. İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib

Qeyd edək ki, hakim kadrlarına olan ehtiyacla bağlı hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbuluna ötən il yenidən başlanılıb və 806 nəfər öz namizədliyini irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti