...

Azərbaycana Avropa Donor Bankına üzvlük statusu verilib

Cəmiyyət Materials 17 İyun 2016 16:41 (UTC +04:00)
Çox sevindirici haldır ki, Azərbaycana yalnız yüksək nəticələr əldə etmiş ölkələrə təqdim olunan Avropa Donor Bankına üzvlük statusu verilib.
Azərbaycana Avropa Donor Bankına üzvlük statusu verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Çox sevindirici haldır ki, Azərbaycana yalnız yüksək nəticələr əldə etmiş ölkələrə təqdim olunan Avropa Donor Bankına üzvlük statusu verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu 17 iyun - tibb işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin istifadəyə verilməsi ölkəmiz üçün aktual problem olan talassemiya xəstələrinin müalicə imkanlarını genişləndirib. Hazırda bu Mərkəzdə 20 minə yaxın uşaq dövlət hesabına müalicə alır. Artıq 30 uşağa yalnız yüksək inkişaf etmiş səhiyyəyə malik ölkələrdə icra edilən sümük iliyi transplantasiyası əməliyyatları icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti