...

Mübariz Qurbanlı Göygöldə vətəndaşlarla görüşəcək

Cəmiyyət Materials 23 İyun 2016 12:25 (UTC +04:00)
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək.
Mübariz Qurbanlı Göygöldə vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 29-da Göygöl rayonunda Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Göygöl şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Asif Əliyev
Mob: (055) 851-89-87
Telefon: (022) 256 91 14
e-mail:[email protected]
www.scwra.gov.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti