...

Sabiq müdafiə nazirinin müavini apelyasiya şikayəti verdi

Cəmiyyət Materials 24 İyun 2016 12:35 (UTC +04:00)
Mehman Səlimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.
Sabiq müdafiə nazirinin müavini apelyasiya şikayəti verdi

Bakı. Samir Əli - Trend:

Mənimsəmə və israf etmədə təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən, sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.

Trend-in məlumatına görə, şikayət Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib və yaxın günlərdə icraata veriləcək.

İttiham aktına görə, 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyən M.Səlimov 1 milyon manatdan artıq vəsaitin mənimsənilməsində ittiham edilir. O, 2014-cü ilin noyabr ayında həbs olunaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti