...

Nəsimi küçəsinin bir hissəsi yeni görkəmdə (FOTO/VİDEO)

Cəmiyyət Materials 24 İyun 2016 18:51 (UTC +04:00)
Bakının Nizami rayonu Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub.
Nəsimi küçəsinin bir hissəsi yeni görkəmdə (FOTO/VİDEO)

Bakı. Trend:

Bakının Nizami rayonu Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, ortalama eni 15 metrdir.

Aparılmış təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Bunun əvəzinə 10 min kv.m ərazinin asfaltlanması işləri aparılıb, 1250 poqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib.

Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün şərait yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Bütün işlər “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti