...

YAP hərbçilərlə bağlı kampaniyaya başladı

Cəmiyyət Materials 11 İyul 2016 12:23 (UTC +04:00)
Bu kampaniya mərhələli şəkildə yay mövsümünün sonuna qədər davam edəcək.
YAP hərbçilərlə bağlı kampaniyaya başladı

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq növbəti dəstək aksiyasını həyata keçirmək barədə qərar qəbul edib.

Trend hakim partiyanın saytına istinadən məlumat verir ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib.

Bu ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilib. Bu kampaniya mərhələli şəkildə yay mövsümünün sonuna qədər davam edəcək.

YAP tərəfindən atılmış bu vətənpərvər addım Azərbaycan Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir.

Yeni Azərbaycan Partiyası bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti