...

Nazirlik yaralı xəstəyə yardımın göstərilməməsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 20 İyul 2016 10:28 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Bakı Şəhər 3 saylı Klinik Xəstəxanada yaralı xəstəyə həkim tərəfindən yardımın göstərilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlik yaralı xəstəyə yardımın göstərilməməsinə aydınlıq gətirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Səhiyyə Nazirliyi Bakı Şəhər 3 saylı Klinik Xəstəxanada yaralı xəstəyə həkim tərəfindən yardımın göstərilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan videoda əks olunanlar iyulun 17-də baş verib.

Onun sözlərinə görə, Mair Əmiraslanov adlı həmin şəxs içkili olub və onun cibində bıcaq olub: "Həkimləri bıcaqlayacağı ilə hədələyən M.Əmiraslanov tibbi heyətin səyləri nəticəsində 15 dəqiqədən sonra əməliyyat otağına aparılaraq əməliyyat edilib. Hazırda xəstənin vəziyyəti kafidir. O, özünə gəldikdən sonra baş verən hadisələrə görə həkimlərdən də üzr istəyib".

Xatırladaq ki, yayılan videoda M.Əmiraslanovun xəstəxanada yerdə uzandığı göstərilir.

Xəstəyə yardım edilməsi üçün qeydiyyat masasında əyləşən xanım isə ona köməyin göstərilmədiyini iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti