Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanlı gimnastlar Marina Durunda və Jalə Piriyeva bədii gimnastika üzrə Dünya Kubokunda top və halqa ilə təsnifat çıxışlarını başa vurublar.
A qrupunda çıxışların yekunu üzrə M.Durunda hazırda çoxnövçülükdə 6-cı, J.Piriyeva isə 7-ci yeri tutur.
Yarış günü gimnastların B qrupunda top və halqa ilə çıxışları davam edir. Burada Yana Kudryatsova (Rusiya), Neta Rivkin (İsrail), Kseniya Mustafayeva (Fransa), Katrin Taseva (Bolqarıstan) və digərləri çıxış edirlər.