...

FIG-in baş katibi: Azərbaycan gimnastlarının səviyyəsi Rioda onlara medallar uğrunda mübarizə aparmağa imkan verir

Cəmiyyət Materials 22 İyul 2016 17:11 (UTC +04:00)
Rio Olimpiadasında medallar uğrunda mübarizə aparmaq üçün Azərbaycan gimnastlarının səviyyəsi kifayət qədər yüksəkdir
FIG-in baş katibi: Azərbaycan gimnastlarının səviyyəsi Rioda onlara medallar uğrunda mübarizə aparmağa imkan verir

Bakı. Maksim Tsurkov – Trend:

Rio Olimpiadasında medallar uğrunda mübarizə aparmaq üçün Azərbaycan gimnastlarının səviyyəsi kifayət qədər yüksəkdir.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Andre Qaysbuxler bildirib.

Onun sözlərinə görə, Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun təşkilini haqqında ilk yaxşı təəssüratları yaranıb: "Mən indicə gəlmişəm, amma ilk təəssüratlarım yaxşıdır. Zala heyranam, burada Azərbaycan üslubunda gözəl dekorasiyalar var”.

Baş katib Azərbaycanda gimnastikanın yüksək səviyyədə inkişafını qeyd edib: "Azərbaycanda ənənəvi güclü bədii gimnastika var. Batut və idman gimnastikasında da böyük irəliləyiş görürəm. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycanda gimnastikanın səviyyəsi çox yüksəkdir və bu, Rio Olimpiadasında idmançılara medallar uğrunda mübarizəyə imkan verəcək. Bunun üçün onların bütün imkanları var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti