...

ABŞ nümayəndə heyəti bədii gimnastika üzrə Dünya Kubokunun təşkilindən məmnundur

Cəmiyyət Materials 23 İyul 2016 16:19 (UTC +04:00)
Amerika gimnastları və məşqçiləri bədii gimnastika üzrə Dünya Kubokunun təşkilindən çox məmnundurlar.
ABŞ nümayəndə heyəti bədii gimnastika üzrə Dünya Kubokunun təşkilindən məmnundur

Bakı. Trend:

Amerika gimnastları və məşqçiləri bədii gimnastika üzrə Dünya Kubokunun təşkilindən çox məmnundurlar.

Bunu Trend-ə amerikalı gimnast Laura Zenq bildirib.

Onun sözlərinə görə, Bakıda çıxış etmək çox xoşuna gəlib: "Mən ilk dəfədir ki Bakıdayam. Lakin həm şəhər, həm də burada çıxış etmək çox xoşuma gəlir".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti