...

“SOCAR Yay Məktəbi 2016”-nın açılışı olub (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2016 16:32 (UTC +04:00)
“SOCAR Yay Məktəbi 2016”-nın açılış mərasimi keçirilib.
“SOCAR Yay Məktəbi 2016”-nın açılışı olub (FOTO)

Bakı. Trend:

Avqustun 22-də “SOCAR Yay Məktəbi 2016”-nın açılış mərasimi keçirilib.

Trend Dövlət Neft Şirkətindən Trend-ə verilən məlumata görə, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Yay Məktəbi 2016”-nın iştirakçısı olan 30 gənci salamlamış, onları müsabiqənin qalibi olmaları münasibətilə təbrik etmiş, məktəbin işinə uğurlar arzulamışdır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında davam etdirilən enerji strategiyası çərçivəsində qazanılmış nailiyyətlərdən danışan X.Yusifzadə ''SOCAR Yay Məktəbi'' proqramının məqsəd və məramı haqqında məlumat vermiş, bildirmişdir ki, Dövlət Neft Şirkəti 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri təqaüd proqramlarına cəlb etməyə başlamışdır. Ölkəmizin universitetlərində neft ixtisasları üzrə təhsil alan tələbələrə müsabiqə əsasında SOCAR-ın təqaüdləri verilir. Onlarla gənc isə Şirkətin Təqaüd Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirir.

Qeyd olunmuşdur ki, Yay Məktəbində mühazirəçilərin çoxu məhz SOCAR-ın Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub geri qayıtmış gənclərdir. Respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu diqqətə çatdıran akademik X.Yusifzadə ölkə daxilində, eləcə də xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin enerji sektoruna marağını artırmaq məqsədi ilə SOCAR-da 2010-cu ildən etibarən ali məktəb tələbələri üçün “Yay Məktəbi” layihəsinə start verildiyini söyləmişdir. 2016-ci ildə 702 gənc “Yay Məktəbi” layihəsinə müraciət etmiş, onlardan 30 nəfəri layihədə iştirak etmək hüququ qazanmışdır. İştirakçılar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Qafqaz Universiteti, Xəzər Universiteti, eləcə də Bilkənt Universitetinin tələbələridir. Xüsusi vurğulanmışdır ki, 2012-ci ildən etibarən “Yay məktəbi” layihəsinə tələbələrlə yanaşı SOCAR əməkdaşları da cəlb olunmuşlar. Builki layihənin iştirakçılarından 12-si Şirkətin gənc mütəxəssisləridir. Sonra akademik X.Yusifzadə Azərbaycan neft və qaz sənayesinin inkişafından, qarşıda duran vəzifələrdən bəhs etmişdir.

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli “SOCAR Yay Məktəbi 2016”-nın açılış mərasimində gənclərlə görüşdüyünə görə SOCAR-ın birinci vitse-prezidenti, akademik X.Yusifzadəyə minnətdarlığını bildirmiş, iştirakçılar üçün maraqlı proqram hazırlandığını qeyd etmişdir. Yay məktəbində enerji sektorunun bütün sahələrini əhatə edən mövzularda çıxışlar olacaq, diskussiyalar keçiriləcək, iştirakçılar şirkətin məsul şəxslərinin mühazirələrini dinləyəcək, praktiki məşğələlər keçəcəklər. Yay məktəbi dövründə gənclər üçün Şirkətin idarə və müəssisələrinə ekskursiyalar da təşkil ediləcək ki, bu da onların istehsalat prosesi ilə yaxından tanış olmasına imkan yaradacaqdır.

Açılış mərasiminin sonunda iştirakçıların suallarına ətraflı cavab verilmiş və xatirə şəkili çəkdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti