Suyunun rəngini dəyişən Girdiman çayı ilə bağlı müşahidələrin nəticəsi

Bakı. İlhamə İsabalayeva - Trend:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli su kimi istifadə etdiyi Girdiman çayının suyunun son günlər ərzində yaşıl rəngə boyanması ilə bağlı ilkin müşahidələrinin nəticələrini açıqlayıb.
“Azərsu”Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, aparılan müşahidələr göstərib ki, çayın suyunun rənginin yaşıla boyandığı hissələrdə yosunlar çoxalıb.
ASC hesab edir ki, suyun səviyyəsinin düşməsi və yosunların qalxması səbəbindən, yaxud da çirkləndiricilərin miqdarının artması səbəbindən belə hal müşahidə edilir. Bu ehtimallardan hansının real olması müayinələrin nəticələri əsasında tam bəlli olacaq.
Girdiman çayındakı zəhər 15 nəfəri xəstəxanalıq etdi – Əhali qorxu içində (FOTO/VİDEO)
Qeyd edək ki, İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb. Babadağdan axıb gələn və bulaq sularından yaranan Girdiman çayında suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir.