...

Səlim Müslümovun Daşkəsəndə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Cəmiyyət Materials 25 Avqust 2016 12:13 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsən rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Səlim Müslümovun Daşkəsəndə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsən rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsən rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, avqustun 30-dan avqustun 29-na keçirilib.

S.Müslümov həmin gün saat 10:00-da Daşkəsən rayonunda bu rayonun, eləcə də  Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Daşkəsən rayonu üzrə (022) 305-33-47, Gəncə şəhəri, Samux, Göygöl, Kəlbəcər rayonları üzrə (022) 256-74-94 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılacaq və müvafiq tədbirlər görüləcək.

 

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti