...

Ağaclar yol tikintisinə görə köçürüldü (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2016 12:36 (UTC +04:00)
Yol tikintisi ilə bağlı 34 ədəd ağac kök torpağı ilə birgə köçürülür.
Ağaclar yol tikintisinə görə köçürüldü (FOTO)

Bakı. Trend:

Yol tikintisi ilə bağlı 34 ədəd ağac kök torpağı ilə birgə köçürülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Moskva prospektinin "20 Yanvar dairəsi" yaxınlığında yolun genişləndirilməsi layihəsinə uyğun olaraq, “Azəravtoyol” ASC və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyininə müraciət olunub.

Müraciətdə Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarına və “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq tikinti altına düşən ağacların götürülməsi məqsədilə dövlət ekspertiza rəyinin verilməsi xahiş edilir. Məktubda qeyd olunanlarla bağlı ETSN-in Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, yol tikintisi altına 2 Şərq çinarı, 18 Eldar şamı, 4 Sərv, 4 Zeytun və 6 Oleandr ağacı düşür. Ümumilikdə ərazidə 34 ədəd ağac və bir neçə kol bitkisinin tikinti layihəsinə maneə yaratdığı qeydə alınıb. Tikintinin dövlət əhəmiyyətli olduğu nəzərə alınaraq mövcud tələblərə və qaydalara uyğun ağacların budanaraq köçürülməsinə rəy verilib.

Ağaclar kök torpağı ilə birgə çıxarılaraq daha uyğun və tikinti-qazıntı aparılması təhlükəsi olmayan ərazilərə köçürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti