...

Rio-De-Janeyroda XV Yay Paralimpiya oyunlarının açılışı başladı

Cəmiyyət Materials 8 Sentyabr 2016 01:24 (UTC +04:00)
Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilir
Rio-De-Janeyroda XV Yay Paralimpiya oyunlarının açılışı başladı

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilir.

Trend-in məlumatına görə, açılış mərasimində üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.

Sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımızın 161 medal qazanıblar - 64 qızıl, 57 gümüş, 40 bürünc.

Xəbər lenti

Xəbər lenti