...

Səhiyyə Nazirliyi: Təcili yardımın ödənişli olması gündəmdə deyil

Cəmiyyət Materials 8 Sentyabr 2016 13:03 (UTC +04:00)
Təcili yardımların ödənişli olması bu gün Səhiyyə Nazirliyinin gündəmində dayanan məsələ deyil.
Səhiyyə Nazirliyi: Təcili yardımın ödənişli olması gündəmdə deyil

Bakı. Elçin Mehdiyev - Trend:

Təcili yardımların ödənişli olması bu gün Səhiyyə Nazirliyinin gündəmində dayanan məsələ deyil, lakin hərdən təcili yardıma aid olmayan çağırışlar edilir. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bu cür çağırışlar dövlətə maliyyə vəsaitinə başa gəlir: "Kimisi təzyiqini, yaxud temperaturunu ölçdürmək üçün təcili yardım çağırır. Bu, doğru deyil. Ancaq təcili yardımın ödənişli olması Səhiyyə Nazirliyi gündəmində dayanan məsələ deyil, dövlət səhiyyə xidməti pulsuzdur".

O əlavə edib ki, tibbi sığortaya keçiddən sonra tibb müəssisələrinin, təcili yardımın da haradasa müəyyən hissəsinin gələcəkdə pullu olması mümkün ola bilər, ancaq bu, günün mövsuzu deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti