Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə1992-ci il təvəllidli Elşad Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə E.Həsənli barəsində irəli sürülən Cinayət Məcəlləsinin (CM) 128-ci maddəsinə bəraət verib. Məhkəmənin hökmü ilə Elşad Həsənli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin oktyabrın 12-də Bakı şəhər sakini Azər İsayevə bıçaq xəsarəti yetirilib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon sakini, 1992-ci il təvəllüdlü Elşad Həsənli tutulub.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Həsənlinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən ilin oktyabrın 12-də Xarici Dairəvi küçəsində Bakı şəhər sakini Azər İsayevə bıçaq xəsarəti yetirilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon sakini, 1992-ci il təvəllüdlü E.Həsənli tutulub.
O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunub.