...

Qaradağ rayonunda ilk dərs günü (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2016 17:23 (UTC +04:00)
Qaradağ rayonunda “Bilik günü” qeyd edilib.
Qaradağ rayonunda ilk dərs günü (FOTO)

Bakı. Trend:

Qaradağ rayonunda “Bilik günü” qeyd edilib.

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsindəki E.Həsənov adına 139 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” mərasimində iştirak edib. Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlərin və birincilərin sevinci hədsiz idi.

İlk öncə Azərbaycanın Dövlət Himni səslənib.

Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara gələcək tədris illərində uğurlar arzulayıb. S.Mikayılov ilk dəfə məktəbə qədəm qoyan birincilərə də uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıb.

O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıb: "Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarıdır".

Ötən tədris ilinin də Qaradağ rayonu üçün uğurlu olub, 2015-2016-cı tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1298 şagird bitirib. Onlardan ali təhsil ocaqlarına sənəd verən 934 nəfər məzundan 537 nəfəri ali məktəblərə qəbul olub ki, bu da sənəd verənlərin 57,5 faizini təşkil edir.

2015-2016-cı tədris ilində Lökbatan qəsəbəsindəki 288 (83,2%), 106 (71,6%), 166 (61,4), Ələt qəsəbəsindəki 302 (82,1%) və 127 (58,6%), Sahil qəsəbəsindəki 228 (60,4%), Ümid qəsəbəsindəki 294 (77,3%), Qobustan qəsəbəsindəki 321 (77,8%), Müşviqabad qəsəbəsindəki 274 (57,5) nömrəli tam orta məktəblərin göstəriciləri yüksək olub.

Ümumiyyətlə, məzunlardan 274 nömrəli tam orta məktəbdən 5, 288, 166 və 253 nömrəli tam orta məktəblərin hər birindən 4, 228 və 294 nömrəli tam orta məktəblərin hər birindən 3, 127, 139, 273 və 302 nömrəli tam orta məktəblərin hər birindən 2, 184 və 195 nömrəli tam orta məktəblərin hər birindən isə 1 nəfər olmaqla 33 nəfər 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərib.

“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanılıb. Qeyd etmək lazımdır ki, ötən illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayon ərazisində bir neçə təhsil ocağı əsaslı təmir olunub, yeni tədris korpusları inşa edilərək istifadəyə verilib. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.

Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində Qaradağ rayonunun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti